27 may 13:57Gundem

İlham Əliyev Fransaya səfər edəcək

İlham Əliyev Fransaya səfər edəcəkAzərbaycan və Fransa arasında mövcud siyasi dialoq intensivdir.

APA-nın xəbərinə görə, bunu Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan - Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.

Fransalı nazir deyib ki, iki ölkə arasında münasibətlər çox yaxşıdır: "Müstəqilliyin lap ilkin anlarından Fransa Azərbaycanın yanında olub. UFAZ-ın yaradılmasında göstərilən qətiyyətli təşəbbüsə görə çox şadam. Bu cür layihənin davam etdirilməsində Fransa bundan sonra da səylər göstərəcək. Bu, bizim əməkdaşlığın keyfiyyətinin rəmzidir. Bundan başqa, deyə bilərəm ki, kosmos sahəsində Azərbaycan və Fransa əməkdaşlığının gələcək perspektivləri var".

Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda Prezident İlham Əliyevin Parisə səfəri gözlənilir: "Bu gün Prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik".
loading...
XƏBƏR LENTİ