12 may 14:50Gundem

Deputat və məhkəmə hakimlərinin maaşı artırıldı

Deputat və məhkəmə hakimlərinin maaşı artırıldı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Avrasiya.net xəbər verir ki, sənədə əsasən, deputatların maaşı artırılıb.

Qərarda bildirilir:

Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1032-VQD nömrəli Qanunu) 21-ci maddəsinin üçüncü hissəsində “2250” rəqəmləri “2475” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

***

İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən, məhkəmə hakimlərinin maaşı artırılıb.

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1028-VQD nömrəli Qanunu) 106-cı maddəsinin birinci hissəsinin ikinci abzasında “2070” rəqəmləri “2280” rəqəmləri ilə əvəz edilsin;

Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

***

İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alınır:

Maddə 1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli və 6 mart tarixli 1027-VQD nömrəli qanunları) 71.2-ci maddəsində “2120” rəqəmləri “2335” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.
loading...
XƏBƏR LENTİ