11 may 10:15Gundem

“İnkişaf edən ölkələr arasında 3-cü yerdəyik”

“İnkişaf edən ölkələr arasında 3-cü yerdəyik”"Biz ulu öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik".

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb: "Bizim iqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür".

Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir: "Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilib. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib: "Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaq.

Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik".
loading...
XƏBƏR LENTİ