12 apr 11:56Gundem

İlham Əliyev Hacı Cavad məscidinin açılışında

İlham Əliyev Hacı Cavad məscidinin açılışında Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.
loading...
XƏBƏR LENTİ