11 apr 20:51Gundem

İlham Əliyevin qələbəsi barədə daha bir NƏTİCƏ

İlham Əliyevin qələbəsi barədə daha bir NƏTİCƏ"Rəy" Monitorinq Mərkəzi bu gün prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Avrasiya.net-in məlumatına görə, "exit-poll"un nəticələrinə əsasən seçicilərin 84,49 faizi İlham Əliyevə səs verib.

Aparılmış tədqiqatın nəticəsi aşağıdakı kimidir:

- Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 84.49%;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3.72%;
- Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3.21%;
- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3.04%;
- Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.65%;
- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1.57%;
- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1.46%;
- "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0.86%.
loading...
XƏBƏR LENTİ