09 apr 17:57Gundem

“Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub” - İlham Əliyev

“Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub” - İlham Əliyev“Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”.

Avrasiya.net xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Azərbaycanın bu dövrdə VI Qlobal Bakı Forumuna, Qoşulma Hərəkatı xarici işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini bildirən dövlət başçısı deyib ki, bu dövrdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər edib.

İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatının artdığını qeyd edən dövlət başçısı qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunduğunu bildirib: “Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36