13 apr 14:45Gundem

İlham Əliyevin Türkiyəyə səfəri başlayır

İlham Əliyevin Türkiyəyə səfəri başlayırBu gün Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn iqamətgahında görüşəcək.

Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30