07 mar 12:57Gundem

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdiPrezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç.
Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, qəza nəticəsində 32 nəfər həlak olub.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40