19 fev 20:08Gundem

Prezident dörd sərəncam imzaladı

Prezident dörd sərəncam imzaladıPrezident İlham Əliyev müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

***

Prezident İlham Əliyev Pərviz İsmayılzadənin Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.

***

Dövlət başçısı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

***

Prezident İlham Əliyev Rasim Rzayevin Azərbaycanın İordaniyada səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycanın İordaniyada səfiri vəzifəsinə təyin edilsin.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27