23 yan 17:19Gundem

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - Foto

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - FotoPrezident İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi ilə görüşüb.

Azərbaycan prezidenti İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Məhəmməd Barkindo görüşdə deyib: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət etdi. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.
loading...
XƏBƏR LENTİ