22 noy 14:55Gundem

Gürcüstan rəhbərliyi İlham Əliyevi təbrik etdi

Gürcüstan rəhbərliyi İlham Əliyevi təbrik etdiGürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz.

Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur. Qeyd etmək çox xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynamışdır.

Regional təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram.

Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41