20 noy 12:49Gundem

Putin iki gün sonra YENİ QARABAĞ PLANINI təqdim edəcək – İrəvanın SON ŞANSI

Putin iki gün sonra YENİ QARABAĞ PLANINI təqdim edəcək – İrəvanın SON ŞANSI“Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi yazar Tevos Arşakyan iddia edib.

Onun sözlərinə görə, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir: “Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının növbəti cəhdidir. Ekspertlər iddia edirlər ki, İrəvan keçmiş təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Sarkisyan Moskvaya getdi və Putinin təzyiqlərindən sonda sazişdən imtina etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sarkisyanın bu günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər qurmasına imkan verəcək. İnformasiyalar var ki, Putinlə Sarkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”.

Lakin Arşakyan hesab edir ki, Sarkisyan hakimiyəti Moskvanın tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş imzalamaqdan son anda imtina edəcək.

“Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sarkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sarkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”, - deyə o bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46