16 noy 15:05Gundem

Prezident Olimpiya İdman Kompleksinin açılışında - Foto

Prezident Olimpiya İdman Kompleksinin açılışında - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.

Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.
Prezident Olimpiya İdman Kompleksinin açılışında - Foto
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ