02 apr 13:42Gundem

ATƏT-in Minsk Qrupu toplanır - Gündəm Qarabağ

ATƏT-in Minsk Qrupu toplanır - Gündəm QarabağATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı məsələni müzakirə etmək üçün gələn həftə Vyanada iclas keçirəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

Məlumatda deyilir ki, həmsədrlər Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun üzvlərini məlumatlandıracaqlar:

`Təmas xəttində gərginliyin davam etməsi fonunda ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr üçlüyü (Rusiya, ABŞ, Fransa) toplaşacaq.

Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər".

Bundan başqa Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunun həmsədrləriylə məsləhətləşmələrə başlayıb.

Qeyd edək ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ