09 avq 11:17Gundem, hadise

Qaradağda dəhşətli qəza: millimizin keçmiş üzvü öldü - Foto

Qaradağda dəhşətli qəza: millimizin keçmiş üzvü öldü - FotoQaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMV markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

***

Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.

Allah rəhmət eləsin!
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51