02 avq 13:44Gundem

İlham Əliyev müdrik siyasətçidir – Rusiyalı aparıcı

İlham Əliyev müdrik siyasətçidir – Rusiyalı aparıcıAzərbaycan Prezidenti İlham Əliyev incə yumor hissi olan müdrik siyasətçidir.

Trend-in məlumatına görə, bunu “Rossiya 24” telekanalının aparıcısı Evelina Zakamskaya Azərbaycan haqqında fikirlərini bölüşərkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti ilə çox ünsiyyətdə olub: “Mən ona ilk növbədə ölkə lideri kimi baxmışam. Mənim üçün insani keyfiyyətlər və siyasətçi keyfiyyətləri bir-biri ilə sıx bağlıdır. Mən onda özünə inamı olan müdrik siyasətçini gördüm. Bütün bunlar intellektual, ağıllı, incə yumor hissi olan insanla sıx bağlıdır”.

Teleaparıcı bildirib ki, Azərbaycan hazırda mürəkkəb iqtisadi şəraitdə yaşayır:

“Mən arzu edirəm ki, Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bütün bunların öhdəsindən uğurla gəlsin. Fikrimcə, buna yardım edə biləcək həll yollarından biri də Rusiya ilə əməkdaşlığın fəal inkişafı ilə bağlıdır. Mən istərdim ki, postsovet məkanında münasibətlərin möhkəmləndirilməsi ölkələrimizin iqtisadi böhrandan çıxmasına gətirib çıxarsın”.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51