21 iyn 10:51Gundem

İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında

İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışındaİyunun 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

AzərTAc xəbər verir ki, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.

İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan prezidentinə məlumat verib.
loading...
Reklam
XƏBƏR LENTİ