16 may 14:01Gundem

Ermənilər raketlə Zakir Həsənovun vertolyotunu vurmaq istəyirdi – Sensasion açıqlama

Ermənilər raketlə Zakir Həsənovun vertolyotunu vurmaq istəyirdi – Sensasion açıqlamaXəbər verildiyi kimi ötən gün Azərbaycan ordusu təmas xəttinin Füzuli-Xocavənd istiqamətində düşmənin “Osa” zenit-raket kompleksini dəqiq zərbə ilə, şəxsi heyətlə birlikdə məhv edib. Müdafiə Nazirliyinin açıqlamasında deyilirdi ki, erməni tərəfi zenit-raket kompleksini ön xəttə yaxınlaşdırıb və hava məkanını nəzarətə götürməyə çalışıb. Yaranmış vəziyyəti dəyərləndirən silahlı qüvvələrimiz düşmənin zenit-raket kompleksini məhv edib.

Xatırladaq ki, bundan əvvəl də Ermənistan ordusu təmas xəttinin Xocavənd istiqamətində “Osa” zenit-raket kompleksini tətbiq etmişdi, lakin raketlər istismar müddətini başa vurduğundan xaotik trayektoriya üzrə hərəkət edərək boş əraziyə düşmüşdü. Bəs Ermənistan ordusunun son vaxtlar “Osa” zenit-raket kompleksini tez-tez nümayiş etdirməsi hansı məqsədə hesablanıb?

Baku Network ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bununla bağlı sensasion versiya irəli sürüb. Onun trend.az-a bildirdiyinə görə, ermənilərin məqsədi müdafiə naziri Zakir Həsənovun vertolyotunu vurmaq idi.

Ekspert xatırladır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin Qarabağda Azərbaycanın görkəmli dövlət xadimlərinə terror hücumu həyata keçirməsi yaxşı məlumdur. Bu baxımdan ermənilərin xisləti dəyişməyib və onlar indi də heç bir şübhə yoxdur ki, Azərbaycanın hərbi-siyasi komandanlığının rəhbərliyini hədəf kimi nəzərdən keçirirlər. Ələsgərovun bildirdiyinə görə, ermənilər son vaxtlar müdafiə naziri Zakir Həsənovun vertolyotla təmas xəttindəki mövqelərimizə baş çəkməsinə dair görüntüləri internetdə yerləşdirirlər. Bu da onu göstərir ki, düşmən müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərini yaxından izləyir.

Həmin videoların altında yazılan qeydlərin hərbi dildə tərcüməsi bunu göstərir ki, Azərbaycan müdafiə nazirinin vertolyotu alçaqdan uçur və onu ermənilərin “S-125” və ya “S-75” zenit-raket kompleksləri ilə vurmaq mümkün deyil. Habelə müdafiə nazirinin vertolyotuna qarşı “İqla” daşınan zenit-raket kompleksinin tətbiqi də çətindir, çünki bu raketlər 3-4 kilometrdən o yana hədəfi vura bilmir. Müdafiə nazirinin vertolyotu hər dəfə erməni tərəfinin görmə zonasından uçur, lakin nisbətən uzaqdan uçduğu üçün ona qarşı 10 kilometrə qədər məsaədə, 50 metrə qədər alçaqdan uçan hava hədəflərini vurmaq üçün nəzərdə tutulan “Osa” zenit-raket kompleksini tətbit etməyi planlaşdırıblar. Məhz bu məqsədlə düşmən “Osa”nı təmas xəttinə yaxınlaşdırıb.

Azərbaycan Müdafiə Nazirliyi ekspertin bu versiyası ilə bağlı hələlik şərh verməyib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ