15 may 18:19Gundem

Prezident cüdoçularımıza medallar verdi

Prezident cüdoçularımıza medallar verdiBakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12