09 may 12:05Gundem

İlham Əliyev təntənəli mərasimdə iştirak etdi

İlham Əliyev təntənəli mərasimdə iştirak etdiİkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən prezident onlara Qələbə günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Mərasimdə dövlət və hökumət rəsmiləri iştirak ediblər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ