27 mar 18:32Gundem

DTX əməkdaşlarına ali hərbi rütbələr verildi — SİYAHI

DTX əməkdaşlarına ali hərbi rütbələr verildi — SİYAHIAzərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor
Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik
Usubov Mütəllim Məhiş oğlu - polkovnik
«Vətən uğrunda» medalı ilə:
Ağayev Ramil Ağami oğlu - mayor
Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan
Səfərov Fuad Vaqif oğlu - polkovnik
Süleymanov Elşən Müzəffər oğlu - mayor

«İgidliyə görə» medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş
Fərzəliyev Muradxan Arif oğlu - kapitan
Rəsulov Ramin Qabil oğlu - mayor
Yusifzadə Emin Elxan oğlu - kapitan

«Hərbi xidmətlərə görə» medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor
Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı
Həmzəyev Rəşad Firidun oğlu - polkovnik
Qasımov Səbuhi Vaqif oğlu - mayor
Məmmədov Madar İbrahim oğlu - kapitan
Məsimov Nazim Abbas oğlu – kapitan
Musayev Mehman Fikrət oğlu - polkovnik
Paşayev Elnur Elman oğlu - kapitan.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ