07 mar 14:42Gundem

İlham Əliyevin Moskvaya səfəri gözlənilir

İlham Əliyevin Moskvaya səfəri gözlənilirAzərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Rusiyaya səfəri planlaşdırılır.

"İnterfaks"ın məlumatına görə bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya bu il ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil etmək niyyətindədir: "Düşünürük ki, Rusiyanın Baş naziri Dmitri Medvedev səviyyəsində Bakıya səfər baş tutacaq."

"Həmçinin Prezident İlham Əliyevin Moskvaya səfəri gözlənilir", - nazir vurğulayıb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30