19 mar 21:42Gundem

İstanbulu partladan terrorçunun fotosu - Yeni faktlar (VİDEO)

İstanbulu partladan terrorçunun fotosu - Yeni faktlar (VİDEO)İstanbulda baş verən terror aktı nəticəsində 24 nəfərin yaralandığı açıqlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralıların 3-ü İsrail vətəndaşıdır.

Yaralılar İstanbulun 4 ayrı xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Türkiyənin Səhiyyə Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Taksim meydanı yaxınlığında törədilən partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Xəstəxanalara yerləşdirilmiş 36 yaralıdan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır.

***

İstanbulda baş verən terror aktı zamanı 46 nəfər yaralanıb. Yaralananların 12-si xarici vətəndaşdır.

İstanbul valiliyindən verilən məlumata görə, yaralıların 6-sı İsrail, 1-i İslandiya, 1-i İran, 1-i Dubay, 2-si İrlandiya və 1-i Almaniya vətəndaşıdır.

Bundan əvvəlki açıqlamada isə yaralı sayının 36 olduğu bildirilmişdi.

***
(Saat 20:26)

Türkiyənin Səhiyyə Nazirliyi İstanbulda baş verən terror hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

AzVision.az xəbər verir ki, nazirliyin məlumatına görə, hadisə zamanı 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış zamanı İsrail vətəndaşları Simha Simon Demri, Yonathan Suher, Avraham Godman ve İran vətəndaşı Əli Rza Kalman ölüb.

Kamikadzenin kimliyi hələlik mətbuata açıqlanmayıb. Onunla bağlı ilginc məlumatlar yayılmaqdadır. KİV-lərin iddiasına görə, İstiqlal küçəsində terror aktı törədən şəxsin İŞİD qruplaşması ilə əlaqələri mövcud olub. Hələlik bununla bağlı rəsmi məlumat verilməyib.

Terror aktının İŞİD və ya PKK tərəfindən törədilməsi variantları müzakirə olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır. Ərazi polis nəzarətindədir.
loading...
Reklam
XƏBƏR LENTİ