21 fev 16:01Gundem

Mehriban Əliyevanın təyinatı dünya mətbuatında

Mehriban Əliyevanın təyinatı dünya mətbuatındaMehriban Əliyevanın I vitse-prezident vəzifəsinə təyin olunması dünya mətbuatında da geniş əks olunub.

Axar.az xəbər verir ki, yeni I vitse-prezidentin təyinatı ilə bağlı informasiyaya, özəlliklə, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus mətbuatı yer ayırıb. Mehriban Əliyevanın vitse-prezident təyin edilməsi haqqında informasiyanı verən mətbuat orqanları onun siyasi və ictimai fəaliyyəti haqqında əhatəli məlumat paylaşıblar.

Azərbaycanın Birinci vitse-prezidenti haqqında məlumatı Rusiyanın İTAR TASS, “RİA Novosti”, “Raşşın Tudey”, “İnterfaks”, “Gazeta.ru”, “Sputnik”, RBK, Türkiyənin TRT, “Anadolu Agentliyi”, “Hürriyet”, Qazaxıstanın “Nur.kz”, “Kursiv.kz”, Belarusun “Belta.by”, Ukraynanın “Unian.net” və digər KİV-ləri yayıblar.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ