21 fev 14:44Gundem

Prezident: "Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır"

Prezident: "Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır"Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.
Dövlət başçısı deyib: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır".
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ