10 yan 16:39Gundem

“Düşmən bir həftə qabağımızda dura bilməyəcək” - İlham Əliyev

“Düşmən bir həftə qabağımızda dura bilməyəcək” - İlham Əliyev“Azərbaycan bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bunun çox böyük mənası var”.

Avrasiya.net xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident vurğulayıb ki, Azərbaycan bu oyunları keçirməklə, bir daha öz gücünü, dini dəyərlərinə sadiqliyini nümayiş etdirəcək: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Çünki İslam aləmi üçün ən böyük təhlükə də elə İslam aləmindən gəlir. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdır”.

Dövlət başçısı 2016-cı ilin aprelində cəbhədə baş verən döyüşlərə toxunub: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.
loading...
Reklam
XƏBƏR LENTİ