04 yan 12:54Gundem

Bakıda suriyalı terrorçu barədə yayılmış xəbər yalan çıxdı

Bakıda suriyalı terrorçu barədə yayılmış xəbər yalan çıxdıÖtən gün Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. “Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı mənbəyə açıqlama verib.

S.Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:

“Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.

Onun Azərbaycanda olması ehtimal edildiyindən, Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyatlı olsunlar”.
loading...
Reklam
XƏBƏR LENTİ