01 yan 13:34Gundem

Əliyev Ərdoğana başsağlığı məktubu ünvanlayıb

Əliyev Ərdoğana başsağlığı məktubu ünvanlayıbPrezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21