XƏBƏR LENTİ

22-02-2017 20:12 Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - FOTO 22-02-2017 19:33 Bəzi mollalar “siğə” adı altında qadın ticarətiylə məşğuldur 22-02-2017 19:20 Vasif Talıbov vitse-prezident olacaq 22-02-2017 19:16 Azərbaycan ordusu şəhid verib 22-02-2017 19:10 Baş redaktor: "Həyatım təhlükə altındadır" 22-02-2017 16:38 "İranın Suriyada hər hansı güzəştə imza atacağı inandırıcı deyil" 22-02-2017 16:20 Ordumuzun xanım snayperləri – VİDEO – FOTO 22-02-2017 15:57 Polis əməliyyat keçirib biznesmeni xilas etdi - Xaçmazda 22-02-2017 15:55 Şimali Koreya liderinin qardaşının meyitini morqdan oğurlamaq istədilər 22-02-2017 15:54 Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının dəyəri - 12 milyon 22-02-2017 15:50 Azərbaycanlı deputat Gürcüstan parlamentində Xocalı soyqırımından danışıb - VİDEO 22-02-2017 15:43 "Mehriban Əliyevanın birinci-vitse prezident təyin edilməsi xalqımızın uğurudur" 22-02-2017 14:25 Kremlin KQB-yə Qarabağ əmri – General sirrləri açdı 22-02-2017 14:24 Aprel savaşı göstərdi ki, Bakı nəyə qadirdir – Sərkisyan 22-02-2017 14:16 8-ci sinif şagirdi öldü - Ürək çatışmazlığından 22-02-2017 13:37 13 yaşlı qız 16 yaşlı oğlandan hamilə qaldı – FOTO 22-02-2017 13:22 "Azərbaycan heç bir güc mərkəzinin marağını ifadə edən platsdarm rolunu oynamır" 22-02-2017 12:53 Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror 22-02-2017 12:29 BİABIRÇILIQ! Arvadını kişilərə satan ərin "namusu oyandı" və... - FOTO 22-02-2017 12:10 İrəvan “İsgəndər” raketlərinin kodlarından danışdı 22-02-2017 12:00 "O, xalqımız üçün daha böyük işlər görəcək" 22-02-2017 11:58 Nazir oğlunu rəis təyin etdi 22-02-2017 11:55 29 yaşlı oğlan bıçaqlandı 22-02-2017 11:50 Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü – FOTO 22-02-2017 10:53 İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa... 22-02-2017 10:36 Qazaxa yeni polis rəisi təyin olunub 22-02-2017 10:17 İŞİD-in gizli gücü – terror təşkilatını ayaqda saxlayan əsas səbəb 22-02-2017 10:10 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib - Dağüstü parkda 22-02-2017 09:49 Azərbaycanda 176 qadın intihar etdi - Ötən il 22-02-2017 09:35 Düşmən ordumuzun pusqusuna düşdü, DARMADAĞIN EDİLDİ – VİDEO 22-02-2017 09:28 Çempionlar Liqasında 1/8 final – daha 2 oyunda böyük hesab 22-02-2017 09:22 Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar 22-02-2017 09:20 Generallara prezidentlə əlaqə qurmaq yasaq edildi 22-02-2017 09:13 İnsanı gümrah saxlayan qayda - Həftədə 3 dəfə seks 22-02-2017 09:05 Qızını qətlə yetirən ata həbsxanada öldü 22-02-2017 09:02 “İranın bu bəyanatları yaxşı heç nə vəd etmir...” 22-02-2017 08:57 Toyuq ətinin qiyməti qalxdı - VİDEO 22-02-2017 08:56 Sarkisyan Milli Təhlükəsizlik Şurasını topladı 21-02-2017 21:22 Həmkəndlisinin həyat yoldaşı və qayınanası ilə intim münasibətdə olub - Lənkəranda 21-02-2017 20:27 "Bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək" 21-02-2017 20:06 Salyan sakini canavarla döyüşdə qalib gəldi 21-02-2017 20:02 80 yaşlı kişi evləndiyi 12 yaşlı qızı yataq otağına saldı və... - DƏHŞƏTLİ TOY - VİDEO 21-02-2017 19:58 Ərdoğan Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 17:34 İlhamə Quliyevanın il mərasiminə görə qalmaqal - Oğlu və bacısı 21-02-2017 17:24 Toy gecəsi gəlin bəyi yatırdıb... - FOTO 21-02-2017 17:22 Sona Vəliyeva: “Son şahidlər qalana qədər biz bu işin təbliğatını aparmalıyıq” 21-02-2017 17:20 Seyran mamamız... 21-02-2017 17:11 DADP sədri Mehriban Əliyevanı təbrik etdi 21-02-2017 16:45 “Bu, əla qərardır...” 21-02-2017 16:44 Azərbaycanlı məhkum nəzarətçini boğmağa başladı 21-02-2017 16:08 Səbail rayonunda 2016-cı ilin yekunları müzakirə olunub 21-02-2017 16:04 “Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir” 21-02-2017 16:01 Mehriban Əliyevanın təyinatı dünya mətbuatında 21-02-2017 15:36 Suriya bölünəcək - Politoloq 21-02-2017 15:02 Göranboy Təhsil şöbəsində rüşvət bataqlığı - Saxta bilet, saxta diplom İDDİASI 21-02-2017 14:58 Samir Şərifov və ətrafı hədəfdə



İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi

31-12-2016 00:02Gundem
İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

-Əziz həmvətənlər.

2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.

Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.

2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.

Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.

2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.

2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.

Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır.

2016-cı ildə bizim böyük idman qələbəmiz də olmuşdur. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışdır. 18 medal qazanaraq Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində 2-ci, müsəlman aləmində isə 1-ci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir.

Bu il biz müstəqilliyimizin 25 illiyini qeyd edirdik. Hərbçilərimiz, idmançılarımız bu bayram ilində bizə qələbə sevinci bəxş etmişlər.

2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.

Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün.

2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit-pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun.

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır.

Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!
Loading...

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO
Müğənni səhnədə fanatını soyundurub seksual hərəkətləri ilə... - VİDEO