XƏBƏR LENTİ

19-01-2017 21:58 20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi 19-01-2017 21:49 Rəhimov və yəhudi ortaqlarına milyardlıq zərbə – Putin niyə belə qərar verib? 19-01-2017 21:46 Azərbaycan Universitetindən Nuridə Allahyarova ilə bağlı - Açıqlama 19-01-2017 21:39 “Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi” 19-01-2017 21:15 Danimarka qondarma erməni soyqırımına YOX dedi 19-01-2017 20:57 “Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım” – Şəbnəm Tovuzlu – VİDEO 19-01-2017 20:30 SON DƏQİQƏ! Azərbaycan ordusu erməni kəşfiyyatçını məhv etdi 19-01-2017 19:05 CİA arxivlərindən şok sənəd: Ermənistanda gizli atom bombası zavodu var 19-01-2017 17:52 "20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı 19-01-2017 17:44 İntihar edən 11 yaşlı uşağın nənəsi: “Ördəklərin ayağını bağlayıb, ipi boynuna doladı...” 19-01-2017 17:38 Əriylə tutduğu qadını döyüb videoya çəkdi – VİDEO 19-01-2017 17:26 Aşıq Ədalətin səhhəti pisləşdi 19-01-2017 17:23 “Bu il 29-cu dəfə Həccə gedəcəm” - Hacı Qalib 19-01-2017 16:13 Sevgilisindən hamilə qaldı, xəstəxana tualetində uşaq dünyaya gətirdi, körpəni zibil qabına atdı – ŞOK 19-01-2017 15:50 Azərbaycan Moskvadan yeni silahlar alır - Prezident 19-01-2017 15:47 Ramil Usubov “Beko Rəşad”ı işdən çıxardı 19-01-2017 15:21 Bakıda ofisiant bıçaqlandı 19-01-2017 14:54 "Atam məni qucaqlayaraq paltarımı soyundurdu...” - Astarada RÜSVAYÇILIQ 19-01-2017 14:50 “Türk Hava Yolları”ndan Azərbaycana qarşı təxribat: Xankəndini Stepanakert etdilər 19-01-2017 14:48 32 yaşlı şəxs 68 yaşlı qadını zorlayıb - AĞDAMDA 19-01-2017 14:40 Azərbaycanlı olimpiya çempionu əsgər getdi - FOTO 19-01-2017 14:37 Dolların növbəti gözlənilən səviyyələri - 2.20 və 2.40… 19-01-2017 14:27 Tehranda bina alovlanıb çökdü: 50 yanğınsöndürən həlak olub - VİDEO 19-01-2017 13:21 Ərini və sevgilisini mişarlayan qadın - Kişi həbsxanasına göndərilir/ FOTO 19-01-2017 13:13 "Reina" terrorçusunun klubdan çıxdığı an - İLK DƏFƏ - VİDEO 19-01-2017 12:53 Yanukoviçin Putinə məxfi məktubu yayıldı 19-01-2017 12:40 “Reina” terrorçusunu arvadı satdı - ŞOK DETAL 19-01-2017 12:35 Tanınmış jurnalistin oğlu bıçaqlandı 19-01-2017 12:32 Ana və körpə doğuş zamanı öldü 19-01-2017 11:20 23 yaşlı qadın özünü öldürmək istədi 19-01-2017 11:19 Ermənistan Turizm sərgisində “Dağlıq Qarabağ” stendi qurdu - Əbülfəz Qarayevin gözü qarşısında+ FOTO 19-01-2017 11:03 İŞİD "Reina" terrorçusuna 2 qadın hədiyyə edib - FOTO 19-01-2017 10:58 İŞİD bu kitabı oxuyaraq qətliamlar törədir – İNANILMAZ FAKT 19-01-2017 10:29 "Reina" qətliamçısının azərbaycanlılarla ŞOK bağlantısı 19-01-2017 10:15 İlham Əliyev Davosda Məsud Bərzani ilə görüşüb 19-01-2017 10:05 Almaniya mediası: "Ermənilər vandalizmə əl atırlar" 19-01-2017 10:03 Putin erməniləri qovur: III Qarabağ savaşı 19-01-2017 10:00 Marsda yadplanetli döyüşçü tapıldı – VIDEO 19-01-2017 09:51 Buş reanimasiyaya köçürüldü - arvadı da xəstəxanaya yerləşdirildi 19-01-2017 09:45 Polis maşınla piyadanı vurdu 18-01-2017 21:31 İntim həyat insanı gümrah saxlayır - 7 qayda 18-01-2017 21:25 Qızlara təcavüzü həyat tərzinə çevirən kəlbəcərlinin ağlasığmaz cinayətləri 18-01-2017 21:12 "Reina" terrorçusu ilə bağlı şok: Özünü partladacaqdı 18-01-2017 21:08 3 metrlik nəhəng ilan avtomobilin kapotunun altından çıxdı - VİDEO 18-01-2017 21:07 Millət vəkilinin iclas zalında ayağını dişlədilər 18-01-2017 19:39 6-cı sinif şagirdi intihar etdi - Şabranda 18-01-2017 19:00 Sabiq polis: MTN-də məni döydülər 18-01-2017 18:09 Qarabağda erməni əsgər öldürüldü 18-01-2017 16:59 82 yaşlı kişi 12 gündür itkin düşdü 18-01-2017 16:41 Arvadının başını əzdi - VİDEO 18-01-2017 16:08 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ! Bakının mərkəzində oğlanı zorla belə qaçırtdılar - VİDEO 18-01-2017 16:00 ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü 18-01-2017 15:54 Rusiya Ermənistana ən müasir hərbi sistemlərini göndərdi 18-01-2017 15:52 Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb 18-01-2017 15:50 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi 18-01-2017 14:06 Moskvada fahişələr leytenantı zorlayıblar





Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib - Foto

29-12-2016 19:42Gundem
Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib - FotoBu gün Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərində tərbiyə alan, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Psixonevroloji Mərkəzin azyaşlı sakinləri üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda balacalar üçün qurulan və əsl bayram əhvali-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, Bakının 1 və 2 saylı uşaq evlərinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı dəfələrlə “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, “Uşaq evlərinin və internat məktəblərin inkişafı” Proqramı çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqlarla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinətinə çevrilən ali dəyərlərdən sayılır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 12 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:

-Hörmətli müəllimlər, çox hörmətli valideynlər, hörmətli sənətçilər, əziz uşaqlar.

2016-cı il son günlərini yaşayır. Biz bu gün yeni 2017-ci ili birgə qarşılayırıq. Mən çox şadam ki, artıq 12 ildir Heydər Əliyev Fondu paytaxtımızda yerləşən bütün uşaq evlərində, internat məktəblərində yaşayan, tərbiyə və təhsil alan uşaqlar üçün yeni il şənlikləri təşkil edir. Yeni il həm uşaqların, həm də böyüklərin ən sevimli bayramlarından biridir. Adətən bu bayramı insanlar doğmaları və əzizləri ilə bərabər qeyd edirlər. Mən çox şadam ki, bu gün biz böyük bir ailə, ən əziz insanlar kimi 2017-ci ili birgə qarşılayırıq.

Əziz uşaqlar, ömrünüzün bu çağında sizin ən əsas vəzifəniz yaxşı oxumaqdır, bilik, savad qazanmaqdır. Mən ümidvaram ki, siz bu ili yaxşı qiymətlərlə və ən əsası da yeni biliklərlə başa çatdırırsınız. Sizin qarşınızda böyük ömür yolu var. Bu ömür yolunda layiqli, sağlam, savadlı, bacarıqlı vətənpərvər insan olmaq üçün bu gün tam gücünüzlə təhsil alıb oxumalısınız. Bu yolda sizə müəllimləriniz kömək edir. Bu gün Azərbaycanın bütün müəllimlərinin əməyini qeyd etmək istəyirəm. Bütün peşələr dəyərlidir, qiymətlidir, gözəldir. Lakin müəllimlik elə bir peşədir ki, onun məhsulu insandır. Biz bilirik ki, hər bir ölkənin, hər bir cəmiyyətin gələcəyi onun yeni nəslindən asılıdır. Ona görə müəllimlik ən müqəddəs, ən şərəfli peşədir. Təkcə hansısa bir fənni tədris etməklə, bilik verməklə müəllimin vəzifəsi bitmir. Müəllim səylərini yüksək mədəniyyətə, milli-mənəvi dəyərlərə, geniş dünyagörüşünə malik olan, xalqa, Vətənə layiqli, vətənpərvər vətəndaş böyütməyə yönəldir. Mən əminəm ki, əziz uşaqlar, siz məhz belə insanlar kimi böyüyəcəksiniz. Bizim arzumuz sizləri mənəvi və fiziki sağlam, savadlı, bilikli, mədəniyyətli, güclü, iradəli vətənpərvər görməkdir. Siz müstəqil Azərbaycanda doğulmusunuz və müstəqil Azərbaycanda böyüyürsünüz. Bu, sizin ən böyük xoşbəxtliyinizdir.

Ötən 2016-cı ildə Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Bu, bizim ən böyük sərvətimizdir. Azərbaycan bu illər ərzində böyük və şərəfli yol keçib, böyük nailiyyətlər əldə edib, böyük qələbələrə imza atıb. Biz fəxr edirik ki, Azərbaycan müstəqil, qüdrətli, dünya xəritəsində öz layiqli yerini tutmuş, öz sözünü söyləyən və maraqlarını qoruyan bir dövlətdir. Ötən il yaddaşımızda həm xoş anlarla, yeni nailiyyətlərlə, yeni qələbələrlə, həm də çətinliklərlə, çətin anlarla, itkilərlə qalacaq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Siz gənc nəsil onların əməllərini, ideyalarını həyata keçirəcəksiniz.

Mən bu gün artıq 12 ildir ki, bizim bu şənliklərə dəstək verən Azərbaycanın sənət adamlarına, bütün müğənnilərə, artistlərə öz dərin minnətdarlığımı bildirirəm. Mən sizə Yeni ildə cansağlığı, yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər arzulayıram. Qoy, Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə yaşasın, daim yaşasın, güclənsin! Çox sağ olun, sizi təbrik edirəm.
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+