11 mar 14:55Gundem

Erməni saytı: "Azərbaycan əsgərlərinin hücumu zamanı 15 hərbçi itirmişik"

Erməni saytı: "Azərbaycan əsgərlərinin hücumu zamanı 15 hərbçi itirmişik"Ermənistanda fəaliyyət göstərən planetaarmenia.ru saytı Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilər barədə yazıb.

Sayt öz "etibarlı mənbələri"nə istinadla yazır ki, Azərbaycanın kəşfiyyat-diversiya qruplarının növbəti əməliyyatı zamanı "Artsaxın müdadifə ordusu" itki verib.

Bildirilir ki, martın 10-dan 11-nə keçə Azərbaycan əsgərləri təmas xəttində nəzərə çarpmadan irəliləyiblər və və bir neçə komanda məntəqəsinə hücum ediblər. Nəticədə P-18, P-19 radiolokasiya stansiyası və dizel generatoru məhv edilib. Məntəqə tamamilə sıradan çıxarılıb.

Sayt hücum nəticəsində 15 hərbi qulluqçunun həlak olduğunu xəbər verir və əlavə edir ki, Ermənistanın Müdafiə Nazirliyi bu növbəti rüsvayçılıq barədə susur, ictimaiyyəti aldatmağa çalışır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51