XƏBƏR LENTİ

26-02-2017 11:57 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi 26-02-2017 11:55 İraqda İŞİD qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlandı 26-02-2017 10:12 DADP Xocalı soyqırımını andı - FOTOLAR 26-02-2017 10:05 Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilir 26-02-2017 10:01 Xocalı soyqırımı Kürdüstanın Ərbil şəhərində keçirilən konfranslarda qaldırılıb 26-02-2017 09:48 Xocalıdakı son toy - Foto 26-02-2017 09:43 Ermənistan ordusunun itkiləri: 2000 əsgər - Gizlədilən məlumatlar ortaya çıxdı 26-02-2017 09:39 Azərbaycan 7 rayonu azad edə bilər - Şoden 26-02-2017 09:37 Xocalı faciəsinin 25-ci il dönümüdür 25-02-2017 21:15 70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan 25-02-2017 20:12 Xanım səfiri hava limanında zorla soyundurdular 25-02-2017 19:15 Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - Düşmən itki verib + VİDEO 25-02-2017 19:13 Əflatun Amaşovdan cəbhədəki vəziyyətlə bağlı KİV-ə - Çağırış 25-02-2017 17:30 Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı 25-02-2017 15:05 Hərb Tarixi Muzeyində Xocalı faciəsinin anım tədbiri keçirilib 25-02-2017 14:57 İran Azərbaycanda ticarət mərkəzi açacaq 25-02-2017 14:50 Ermənilər kəndləri boşaldır: düşmən çoxsaylı itki verdi 25-02-2017 14:45 Dostu 21 yaşlı oğlanı özünü öldürmək həddinə çatdırdı - Bakıda 25-02-2017 14:43 Əli Həsənovun Xocalı haqda kitablarının təqdimatı keçirilib 25-02-2017 14:40 Belçikada fəaliyyət göstərən Türk Təşkilatları ilə birgə toplantı keçirilib 25-02-2017 12:23 Məhəmməd Əlinin oğlunu saxlanıldı 25-02-2017 12:02 GAMİ Gürcüstan parlamentinə müraciət edib - Xocalı faciəsi soyqırım kimi tanınmalıdır 25-02-2017 10:46 Düşmən mövqelərimizə soxulmağa cəhd göstərib, itkilərimiz var 25-02-2017 10:12 Azarkeşlər 4-0 məğlub olan futbolçuları döydülər - VİDEO 25-02-2017 10:00 Tovuzda torpaq üstündə qardaşlar arasında dava düşdü 25-02-2017 09:56 Deputat yol qəzasında öldü 25-02-2017 09:54 Pelenin oğlu həbs olunub 25-02-2017 09:51 Şəkər xəstəsi olan qadın özünü yandırdı 25-02-2017 09:50 Generalın ölkədən çıxışına yasaq qoyuldu 25-02-2017 09:48 Moskva görüşü: İrəvan yeni müharibəyə hazırlaşır 25-02-2017 09:45 Roma papası: Yeni dünya müharibəsi başlaya bilər 24-02-2017 22:48 Brüsseldə – Avropa Komissiyası önündə Xocalı mitinqi keçirildi 24-02-2017 19:17 Qəbul imtahanları pulsuz olacaq - Prezidentdən sərəncam 24-02-2017 18:29 “Mən qızımın namusundan arxayınam, sən nədən arxayınsan?!” – Floradan Aygünə sərt sözlər… 24-02-2017 16:18 Müəllimə taxta ilə döyülərək öldürülüb - iki uşaq atasının məhkəməsi 24-02-2017 16:13 Roma Papasından Xocalı soyqırımını törədən ermənilərə MƏXFİ MƏKTUB 24-02-2017 16:08 “Veysəloğlu” qanvermə aksiyası keçirdi 24-02-2017 16:00 Milli Qəhrəmanlar haqqında məlumatlar bir neçə dildə Vikipediyada yerləşdirilib 24-02-2017 15:53 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı 24-02-2017 15:48 Sərkisyanın əleyhinə imza atmamaqda ittihamlanan QHT sədri açıqlama verdi 24-02-2017 15:31 DTX iki azərbaycanlı casusu həbs edib 24-02-2017 15:27 "Yeni Azərbaycan"da Azərbaycan-Qazaxıstan dostluğundan danışılıb 24-02-2017 15:22 Müharibə etməliyik - Zeynəb Xanlarova 24-02-2017 13:41 Azərbaycan Yerevan-Kreml tandemini qıcıqlandırır - Politoloq 24-02-2017 13:35 Səbaildə Xocalı faciəsinin 25-ci ildönümü anılıb 24-02-2017 12:53 Əli Mirəliyev: “İlhamənin goru çatlayır” 24-02-2017 12:23 İtlə cinsi əlaqəyə girdi və həbs edildi 24-02-2017 12:05 ALDP Xocalı şəhidlərini andı - FOTO 24-02-2017 11:55 “Lotu Quli”nin yeznəsinin məhkəməsi başladı və... baş tutmadı 24-02-2017 11:48 Düşmənin təxribat törətmək cəhdlərinin qarşısı alındı - VİDEO 24-02-2017 11:46 Moskva Bakıya bu qorxunc silahdan sata bilər 24-02-2017 11:27 AŞPA Ermənistanın parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir 24-02-2017 11:07 Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI” 24-02-2017 10:49 İki uşaq anası özünü öldürmək istədi 24-02-2017 10:43 ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı 24-02-2017 10:40 “Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu”



Üreybi Qəddafini necə öldürdüyündən danışdı - VİDEO

18-10-2016 21:03dunya
Üreybi Qəddafini necə öldürdüyündən danışdı - VİDEOXalq tərəfindən linç edilən sabiq Liviya lideri Muammər Qəddafinin ölümündən 5 il keçir. Lakin bu gün də ölkəsini 42 il idarə edən və məhdudiyyətsiz səlahiyyətlərə sahib olan Qəddafinin ölümü haqqında maraqlı versiyalar səslənməkdədir. Qəddafini öldürən şəxs kimi isə ən çox adı çəkilən gənc sıravi əsgər Sadiq əl Üreybidir. Əl Üreybinin hazırda 27 yaşı var. Benqazi üsyançı bölmələrindən birinin əsgəri olarkən Əl Hədra adlanan ərazidə Qəddafini bir neçə silahdaşı ilə qaçarkən yaxalayan və onu öldürən şəxs kimi bütün Liviyada məşhurlaşdı. O, Qəddafinin qətlə yetirildiyi 2011-ci ildə nəinki Liviyanın, eləcə də dünyanın bir çox ölkələrinin media orqanlarının gündəminə düşə bildi.

Sadiq Əl Üreybinin Fars Xəbər Agentliyinə verdiyi müsahibədən maraqlı detalları seçərək oxuculara təqdim edirik:

“1989-cu ildə Benqazi yaxınlığındakı “Hay əl Məcuri” məhəlləsində anadan olmuşam. Ailəmizin yaşayış səviyyəsi pis olduğu üçün və yaşlı atam da xəstələndiyindən cəmi üç sinif oxuya bilmişəm. Sonra məktəbi atdım. İndi də Benqazidə yaşayıram. Sizin də bildiyiniz kimi Qəddafiyə qarşı olan hərəkat buradan başladı. Mən də həm o, həm onun ailəsinə olan nifrət səbəbindən ilk günlərdən silahı əlimə alaraq üsyançılara qoşuldum. Qəddafiyə, onun ailəsinə olan nifrəti anlamaq üçün sizin də heç olmasa bircə günlük liviyalı olmanız lazım idi. O, ölkəni 42 il idarə etdi. Liviya onun “sayəsində” dünyanın oyuncağa çevrilən bir ölkəsi oldu. 42 illik diktatorluğu dövründə qəribə qərarları, ölçüsüz davranışları ilə ad çıxardı, xeyli insanın qətlinə səbəb oldu. Ailə üzvləri Qəddafidən də pis idilər. Oğlanlarından biri zavallı xalqın pulunu ABŞ-da məşhur müğənniyə xərcləmişdi: bir gecəyə beş milyon dollar!”


Üreybinin Qəddafini yaxalaması və aralarındakı dialoq barəsindəki sözləri də xeyli maraqlıdır:

“Benqazi taborunun bir neçə üzvü ilə Sırt ətrafında Qəddafi və onun tərəfdarlarını axtarırdıq. Mən üsyançılara təklif etdi ki, “Əl Hədra” məhəlləsinə də baxaq. Bir neçə nəfərlə ora getdik. Uçurulmuş evlərin və tikililərin yanından bir neçə nəfərin qaçdığını gördük. Qəddafini arxadan dağınıq saçlarından və bədən quruluşundan tanıdım. Ondan gənc və çevik olan yanındakı bir neçə adam Qəddafini geridə qoyaraq gözdən itdilər. O, tək-tənha, əldən düşmüş halda qaçmaqda idi. Ona tərəf götürüldüm. Arxadan saçlarından tutaraq Qəddafiyə bərk zərbə vurdum. Bu zaman dedi ki, “mən sənin atanam, hamınızın atasıyam. Sən mənim oğlumsan, məni niyə vuruşan?!” Həmin vaxt şokda idim. Baş verənləri anlaya bilmirdim. Odur ki, Qəddafiyə heç bir cavab verə bilmədim. Amma yerə yıxaraq başqa üsyançılarla birlikdə əllərini bağladıq və maşınımıza qoyduq. Biz ona həmin vaxt demək olar ki, heç nə etmədik. Qəddafini maşınımızın üstünə bağlayaraq yola düşdük. Bir az getmişdik ki, maşındakılar “Qəddafini yaxaladıq” deyə hayqırdılar. Artıq başqa üsyançı bölmələri də Qəddafinin bizim maşının üstündə olduğunu bildi. Hər tərəfdən bizə tərəf qaçmağa başladılar. Maşını saxlamağa məcbur olduq. Elə həmin dəqiqə üsyançılar maşının üstünə atlanaraq Qəddafini yerə yıxdılar. Hərə bir tərəfdən onu döyməyə başladı. Hər üsyançı onu öz bölgəsinə aparmaq istəyirdi. Hamı qəhrtəman olmaq istəyirdi. Amma etiraz etdim. Dedim ki, onu mən yaxalamışam, mən də Benqaziyə aparacağam. Buna imkan vermədilər. Mübahisə etdik. Qəddafi ağır vəziyyətdə idi, çox döyüldüyü üçün huşu az qala özündə deyildi. Üsyançılar isə mənə imkan vermirdilər ki, onu Benqaziyə aparım. Bundan çox Əsəbiləşdim, silahı çıxaraq Qəddafini başından vurdum.
Qəddafi o zaman keçinmədi. Üsyançılar onu ambulunsa apardılar. Cəmi bir neçə dəqiqədən sonra isə Qəddafi öldü…”


(Moderator.az)

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”