16 sen 08:37dunya

Britaniya səfiri islamı qəbul etdi və hacı oldu - Foto

Britaniya səfiri islamı qəbul etdi və hacı oldu - FotoBöyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz islam dinini qəbul edərək, həcc ziyarətini reallaşdıran ilk yüksək vəzifəli ingilis diplomatı olub.

Axar.az “Deyli Meyl”ə istinadən xəbər verir ki, Kolliz açıqlamasında 30 il müsəlmanlar arasında vaxt keçirdikdən sonra islam dinini qəbul etmək barədə qərar verdiyini bildirib.

Kral Səud Universitetinin əməkdaşı Foziya Albakr Tvitter hesabında Həcc ziyarəti zamanı Britaniya səfirinin xanımı ilə olan şəkilini də yerləşdirib.

Qeyd edək ki, Kolliz Səudiyyə Ərəbistanına qədər Suriya, İraq, Qətər, BƏƏ, Yəmən və Tunis kimi ölkələrdə diplomatik fəaliyyət göstərib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21