04 sen 07:34dunya

İslam Partiyasının lideri edam edildi

İslam Partiyasının lideri edam edildiBanqladeşdə İslam Partiyasının lideri Mir Kuasem Əli edam edilib.

O 1971-ci ildə Pakistanla müharibə zamanı hərbi cinayətlərdə günahkar bilinib.

Əli sentyabrın 3-də yerli vaxtla saat 10:30-da Kaşimpur həbsxanasında ailəsi ilə görüşə imkan veriləndən sonra asılıb. Bundan əvvəl Ali Məhkəmə ölüm hökmünə yenidən baxılması ilə bağlı apellyasiyaya baxmaqdan imtina edib.

Əli 2010-cu ildən sonra “İslam Caamatı” partiyasının edam edilən beşinci lideridir. O zaman Bnaqladeşin baş naziri hərbi cinayətlərə görə xüsusi tribunal formalaşdırıb.

Banqladeş hakimiyyəti bəyan edir ki, 1971-ci ildəki müharibə zamanı pakistanlı əsgərlər yerli kollaborasionistlərin köməyi ilə 3 milyon adamı öldürüb, 200 min qadını zorlayıblar.
loading...
Reklam
XƏBƏR LENTİ