01 sen 14:38dunya

Məkkədə DÜNYANIN ƏN BÖYÜK OTELİ - FOTO

Məkkədə DÜNYANIN ƏN BÖYÜK OTELİ - FOTOSəudiyyə Ərəbistanında təxminən 3,5 milyard dollarlıq bir büdcə ilə dünyanın ən böyük oteli inşa ediləcək.

Publika.az xəbər verir ki, İslamın beşiyi sayılan Məkkə şəhərində tikiləcək bu görkəmli və 1,4 milyon kvadrat metr sahəsi olan otel, qapılarını 2017-ci ildə açacaq. İnşası Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi tərəfindən büdcələşdirilən otelin layihəsi Dar-al Handasah Qrup tərəfindən verilib.

10 min otaq, 70 restoran, 4 vertolyot meydançası və 12 qülləsi ilə bu otel, lüks həvəskarlarının gözəllik anlayışını dünyaya sərgiləyəcək.

Otel dünyanın ən böyük məscidi olan “Məscidi-Haram”a 2 kilometr uzaqlıqda olacaq.

Ən uzun qüllələri 45, ən qısa qüllələri 30 mərtəbədən ibarət olacaq bu otelin ilk 5 qatı Səudiyyə Kral Ailəsinə mənsub olacaq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ