27 iyl 03:51dunya

Qəzzafini ölümə aparan heyrətamiz çıxışı - VİDEO

Qəzzafini ölümə aparan heyrətamiz çıxışı - VİDEOLiviyanın üsyançılar tərəfindən linç edilərək öldürülən rəhbəri Müəmmər Qəzzafinin illər öncə bir tədbirdə etdiyi çıxışı Yutub kanalında yayılıb. 122 mindən artıq baxış olan bu çıxışda Qəzzafi olduqca maraqlı fikirlər söyləyir.

Musavat.com-un məlumatına görə, ərəb dövlətlərinin liderlərinin hansısa toplantısında nitq söyləyən keçmiş Liviya prezidenti Səddam Hüseynin nəyə görə asıldığını soruşur. Sabiq prezidentin "Səddamdan sonra növbə bizə çatacaq" deməsi zaldakılar tərəfindən gülüşlə qarşılanır. Qəzzafinin sözlərinə gülənlər sırasında Suriya Prezidenti Bəşər Əsəd də var.

M.Qəzzafinin çıxışı əslində anti-Amerika ruhludu. ABŞ-ın ərəb ölkələrinə və xalqlarına qarşı etdiyi gizli-aşkar təxribatlar, "parçala hökm et" siyasəti bu çıxışda olduqca ağıllı və net bir şəkildə izah edilir. Qəzzafinin əslində nə qədər ağıllı və gələcəyi görən bir siyasətçi olduğu bu videodan görünür. "Ərəb baharı"nın yaratdığı ajiotajın üstündən illər keçdikdən sonra 2011-ci ilin yanvarından başlayaraq Quzey Afrika və bir sıra Yaxın Şərq ölkələrində baş verən proseslərin mahiyyəti açılır. Həmçinin Qəddafinin çıxışı kimi çıxışlar da o hadisələrin niyə baş verdiyi barədə suallara aydınlıq gətirir.

Gerçəkdən də hər şeyin zamana ehtiyacı varmış. O zamana ki, dönüb-dolanıb Qəzzafini belə haqlı çıxarır...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ