21 iyl 13:35dunya

İsveçdə avtobus sürücüsü suriyalı qaçqını döydü - VİDEO

İsveçdə avtobus sürücüsü suriyalı qaçqını döydü - VİDEOİsveçdə suriyalı qaçqına qarşı zorakılıq tətbiq edilib.

AzNews.az “The Local”a istinadən xəbər verir ki, hadisə “Nobina” şirkətinə məxsus avtobusda baş verib. Avtobusun sürücüsü “sizə nifrət edirəm, lənətə gəlmiş donuzlar” qışqırıqları ilə sərnişini olan suriyalı qaçqına hücum edib.

İsveçdə sığınacaq almaq istəyən suriyalı hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, avtobus dayanacağa yaxınlaşanda əfqan qaçqın avtobusa buraxılıb. Lakin suriyalı içəri girmək istəyəndə sürücü avtobusun qapılarını bağlayıb. Bu zaman yerli sakinlərdən biri onu avtobusun digər dayanacağına aparıb və burada o, avtobusa minə bilib. Suriyalı qaçqın bildirib ki, bu halla artıq dəfələrlə qarşılaşıb. Belə ki, həmin sürücü bundan öncə də qaçqınların avtobusa minməsinə imkan verməyib.

Bu səbəbdən də suriyalı sürücünün şəklini çəkərək ondan şikayət etmək istəyib. Növbəti dayanacaqda qəzəbli sürücü həmin suriyalı qaçqının şəklini çəkmək istəyib. “Mən sənin üzünün şəklini çəkmək istəyirəm. Niyə yox? Sən ki mənim şəklimi çəkdin”, - deyə sürücü bildirib. Suriyalı qaçqının sürücüyə şəkil çəkmək üçün imkan verməməsi və üzünü gizlətməsi isə sürücünü bir az da qəzəbləndirib. O, qaçqına hücum edərək, onu vurmağa başlayıb. Sözügedən hadisə yan oturacaqda oturan başqa bir sərnişin tərəfindən lentə alınıb.

Suriyada qardaşları ölən və sığınacaq üçün İsveçə müraciət edərək oktyabrda bu ölkəyə gələn qaçqın baş verən hadisə qarşısında şoka düşdüyünü qeyd edib: “Mən döyülməmək və ya öldürülməmək üçün Suriyadan getdim. İndi isə məni İsveçdə döyürlər, mən şokdayam”.

“Nobina” şirkəti isə məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada sürücünün işdən azad edildiyi və insidentlə bağlı daxili araşdırma aparıldığı qeyd edilib.
loading...
Reklam
XƏBƏR LENTİ