15 iyl 07:41dunya

Rusiyadan qalxan bombardmançılardan İŞİD-ə ağır zərbə

Rusiyadan qalxan bombardmançılardan İŞİD-ə ağır zərbəRusiyanın Tu-22M3 bombardmançıları bu gün Suriyanın Palmira şəhərindən şərqdə İŞİD terror qruplaşmasının mövqelərini bombalayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bu səhər Rusiya ərazisindəki aerodromlarından qalxan 6 ədəd Tu-22M3 uzaq bombardmançısı Palmiranın şərqində yerləşən rayonlarda, həmçinin Homs vilayətinin Arak şəhəri və T-3 neft nəqli sransiyasında aşkar edilmiş İŞİD obyektlərinə ikinci zərbəni vurublar”, - idarənin xəbərində deyilir.

Zərbələr nəticəsində terrorçuların səhra-təlim düşərgəsi, neft emalı zavodu, həmçinin İŞİD-in böyük sayda canlı qüvvəsi və texnikası məhv edilib. Müdafiə Nazirliyində dəqiqləşdiriblər ki, 12 iyuldan bu yana İŞİD hərbi texnikası və canlı qüvvəsinə 50-dən çox aviasiya zərbəsi endirilib.

Daha əvvəl Müdafiə Nazirliyindən bildirilib ki, 12 iyulda endirilən aviazərbələr nəticəsində İŞİD-in böyük səhra-təlim düşərgəsi, üç döyüş sursatı anbarı, üç tankı, dörd piyada döyüş maşını, böyük kalibrli pulemyotlarla təchiz edilmiş səkkiz avtomobili, həmçinin rəqibin böyük miqdarda canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, iyulun 8-də Suriyada Rusiya Federasiyasının Hava-Kosmik güclərinə aid Mİ-35M döyüş vertolyotu vurulmasından sonra İŞİD-ə qarşı hava əməliyyatı genişlənib. Vertolyotu polkovnik Rafqat Xabibullin və pilot-operator, leytenant Yevgeni Dolqin idarə edirdi. Vertolyotun hər iki pilotu həlak olub. “İnterfaks” agentliyinə danışan hərbi mənbələrin sözlərinə görə, Mİ-35M İŞİD-in döyüşçüləri tərəfindən ABŞ istehsalı TOW anti-tank raket sistemi ilə vurulub.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:41