14 iyl 08:22dunya

İŞİD təkcə Ramazan ayında 5 min insanı öldürüb

İŞİD təkcə Ramazan ayında 5 min insanı öldürüb“İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri müqəddəs Ramazan ayında aparılan “döyüş əməliyyatları”nın gedişatında 5,2 min insanı öldürüb və ya şikəst edib.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu barədə İŞİD-in həftəlik jurnalı olan “Al-Nab” nəşrində deyilir.

Nəşr bildirir ki, hücumların qurbanları arasında — 2 min şiə, min kürd, 600 Suriya ələvisi və 300 xaçpərəst var. Terrorçuların sözlərinə görə, Ramazan ayı ərzində 14 ölkə ərazisində hücumlar həyata keçirilib.

Terror qruplaşması “müvəffəqiyyətləri” arasında ABŞ-ın Orlando şəhərində homoseksualların olduğu gecə klubuna hücumu (Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb – red.), Banqladeşin paytaxtı Dəkkə şəhərinə oteli hücum nəticəsində 22 nəfərin öldürülməsi və İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 300-ə yaxın adamın ölməsini göstərib.

“The Independent” qeyd edir ki, İŞİD İstanbulun Atatürk aeroportunda törədilən terror aktını “nailiyyət” hesab etmir. İyunun 28-də üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həlak olub, 237 nəfər yaralanıb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47
Dünən, 19:35