08 iyl 08:41dunya

İŞİD ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralı

İŞİD ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralıİraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb. Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb.

Azı bir terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ