12 iyn 17:04dunya

Gecə klubunda atəş açıb, insanları girov götürdülər - 20 ölü (Yenilənib 2)

Gecə klubunda atəş açıb, insanları girov götürdülər - 20 ölü (Yenilənib 2)ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.

***
14:20

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.

Bu barədə Orlando şəhər polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat verilməyib. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

***
13:53

Naməlum şəxslər ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse’ gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.

Hadisə yerinə polis bölmələri göndərilib.

Şahidlər silahlıların ən azı 25 nəfəri yaraladığını bildiriblər. Artıq xilasedicilər hücum edənlərdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47
Dünən, 19:35