09 iyn 09:19dunya

Məsud Bərzaniyə qarşı çevriliş planı

Məsud Bərzaniyə qarşı çevriliş planı PYD terror təşkilatı (PKK terror təşkilatının Suriya qolu hesab edilir – red.) Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaniyə qarşı çevriliş planı hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Haber7.com” saytının yazarı Taha Dağlı yazıb.

Onun sözlərinə görə, Suriya və İraqda PYD-nin qarşısındakı ən böyük manelərdən biri Məsud Bərzanidir.

Yazar qeyd edir ki, may ayının ortalarında Şimali İraqda Talabani qrupu hərəkətə keçib. İraqın keçmiş prezidenti Cəlal Talabaninin lideri olduğu Kürdüstan Vətənpərvərlər Birliyi ilə İraqdakı kürd siyasi hərəkatlarından biri olan “Goran“ hərəkatı arasında bir razılaşma imzalanıb.

Bununla da Bərzani əleyhinə bir ittifaq rəsmi olaraq fəaliyyət göstərir. Taha Dağlı bildirir ki, yaradılan ittifaqın çətiri altında PKK da var.

“Məqsəd Ərbildə çevriliş edərək Məsud Bərzanini devirməkdir. Şimali İraqda regional rəhbərliyin lideri Məsud Bərzaninin liderlik etdiyi Kürdüstan Demokratlar Partiyası ilə digər qruplar arasında uzun müddətdir qarşıdurma var. Bu qarşıdurma xüsusilə müstəqillik mövzusunda həmişə ön plana çıxır. Bərzani müstəqillik üçün referendumun keçirilməsinin tərəfdarıdır. Talabaninin partiyası və “Goran” bu mövqeyinə görə Bərzanini tənqid edir. Bərzani əleyhdarı qrup İranı hirsləndirmək istəmir. Çünki Talabaninin də Bağdad hökuməti kimi İranın nəzarətində olduğu bir gerçəkdir”, - yazar bildirib.

Onun sözlərinə görə, Bərzani devrilsə, PYD-PKK-nın Suriya və İraqdakı təsiri xeyli güclənəcək.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ