08 iyn 07:52dunya

Yemək əvəzinə cihad – İŞİD-dən təklif

Yemək əvəzinə cihad – İŞİD-dən təklifİraq ordusu tərəfindən mühasirəyə alınan Fəllucə şəhərində bütün qida məhsulları “İslam dövləti” (İŞİD) terror qruplaşmasının əlindədir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda döyüş əməliyyatları zonasından gələn qaçqınlar bildirib.

Onların sözlərinə görə, İŞİD ərzaq ehtiyatlarından yeni döyüşçüləri cəlb etmək üçün istifadə edir.

“Bizim qonşumuza söz verdilər ki, oğlu İŞİD-in sıralarına daxil olsa, bir kisə un verəcəklər. Qonşum təklifdən imtina etdi və ailəsi ilə birlikdə şəhərdən qaçdı”, - agentlik qaçqınlardan birinin sözünü sitat gətirib.

İŞİD-dən qaçan dinc sakinlərin sözlərinə görə, onlarda pul yoxdur, hökumət işğal edilmiş ərazilərə 2015-ci ildən ödəmələri dayandırıb.

Bağdadın 50 kilometrliyində yerləşən və İŞİD-in əsas dayaq məntəqələrindən biri hesab edilən Fəllucə şəhərinin azad edilməsi üçün əməliyyatın birinci mərhələsi mayın 23-də başlanıb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47
Dünən, 19:35