13 may 13:13dunya

Pentaqon təmsilçisindən sensasiyalı sözlər: “Əsədi Obama xilas etdi”

Pentaqon təmsilçisindən sensasiyalı sözlər: “Əsədi Obama xilas etdi”Bəşər Əsəd rejiminin qəfil devriləcəyindən narahat olan Barak Obama 2015-ci ildə Rusiya ilə müzakirələr aparmaq haqda göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Barak Obama administrasiyası dövründə Pentaqon şefinin müşaviri vəzifəsində işləmiş Endryu Eksum deyib.

ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində müzakirəyə qatılan Endryu Eksum Obama dövründə ABŞ-ın Suriyaya siyasi yanaşmasına dair açıqlama verib.

ABŞ-ın Suriyada Əsəd rejiminin süqutundan çəkindiyini bildirən Endryu Eksum xüsusilə 2015-ci ildə bu qorxunun ABŞ-da hakimiyyət zirvəsinə çıxdığını xatırladıb: “O zaman Rusiya ilə müzakirələr aparmaq təklifinə Pentaqon müsbət yanaşmırdı. Ancaq prezidentdən təlimat gəldiyi üçün lazım olan etdik. Bu proses 2015-ci ilin yazından başladı, yəni iki ölkənin müvafiq qurumları arasında koordinasiyaya start verildi”.

Endryu Eksum hesab edir ki, o dövrdə Obamanın narahatlığının iki səbəbi olub: “Əsəd rejiminin qəfildən iflası Suriyada tamamilə qarmaqarışığa səbəb ola və İsrail təhlükəyə düşə bilərdi. Məhz bu narahatlığa görə Əsəd rejimi devrilməsin deyə Obama Rusiya ilə təmasa keçilməsi haqqında göstəriş verdi. Nəticədə Əsəd hakimiyyətdə qaldı”.

Hərbçi əlavə edib ki, ABŞ-ın Suriyada iki əsas məqsədi olub: “Rusiya və müttəfiqləri bu müharibəni qazandılar. Biz isə öz maraqlarımızı təmin etdik. Bunlar İŞİD-in məhv edilməsi və İsrailin təhlükəsizliyini təmin idi”.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU