24 apr 13:01dunya

“Şpigel”dən qalmaqal: Türkiyə bu torpaqları işğal edəcək

“Şpigel”dən qalmaqal: Türkiyə bu torpaqları işğal edəcəkAlmaniyanın “Der Şpigel” nəşri Türkiyənin Suriyanın şimalında terror qruplaşmaları İŞİD və PKK-ya qarşı əməliyyatları ilə bağlı qalmaqal yaradacaq xəbər yayıb.

Axar.az xəbər verir ki, Türkiyənin terror qruplaşmalarına qarşı bölgədəki fəaliyyətlərini işğal kimi qiymətləndirən nəşr Ankaranın Suriya torpaqlarını öz ölkəsinə qatmaq istədiyini iddi edərək, 1920-ci illərin xəritəsini paylaşıb.

Nəşr həmçinin Afrində mədəni və etnik təmizləmə həyata keçirildiyi iddialarını yayıb.

Hataydan nümunə

Türkiyənin Hatayı torpaqlarına qatmaq prosesini xatırladan nəşr yazıb:

“Hatayda türklər azlıq təşkil edirdi. Fransa bölgəni Türkiyəyə buraxdıqdan sonra Ankara bölgənin demoqrafik quruluşunu dəyişdirdi. İndi eyni vəziyyət Afrin və digər bölgələr üçün də baş verə bilər”.

Türkiyə torpaqlarının 1920-ci ilə aid xəritəsini də oxucularına təqdim edən nəşr Türkiyənin Mosul və Suriyanın şimalındakı bölgələrdə fəal olmasından böyük narahatlığını gizlətməyib.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU