23 apr 18:19dunya

Hitler qaçıb, yoxsa?.. – Rusiyadan FTB-yə cavab

Hitler qaçıb, yoxsa?.. – Rusiyadan FTB-yə cavabAdolf Hitler Berlində intihar edib, çənəsinin bir hissəsi və stomatoloqun şəxsiyyəti təsdiq edən kartı Moskvada saxlanılır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Tarixi Cəmiyyətinin direktoru Mixail Myaqkov deyib.

“Müharibədən dərhal sonra Hitlerin sağ qalması barədə bu versiyanı dövlət xüsusi xidmət orqanlarımız araşdırdılar. Bizim arxivlərimizdə Hitlerin ölümü və həyatının son günlərinə dair araşdırmalar qalıb. Hitlerin intihar etməməsini sübut etmək üçün apardığımız bütün araşdırmalar, hansısa sübut axtarışları uğursuz oldu, Hitlerin intihar etdiyi tamamilə sübuta yetirildi”, - Myaqkov bildirib.

Tarixçi Hitlerin ölümü ilə bağlı araşdırmalara çoxdan son qoyulduğunu qeyd edib və ABŞ alimlərini rus arxivlərinə müraciət etməyə çağırıb.

Qeyd edək ki, Federal Təhqiqat Bürosunun bir sıra sənədlərin üzərindən məxfilik qrifini götürməsinin ardından qurumun 1945-ci ildə Almaniya lideri Adolf Hitlerin Argentinaya qaçması versiyasını nəzərdən keçirdiyi məlum olub. Sənədlərdə Berlinin alınmasından sonra Hitlerin sualtı qayıqla Argentinaya qaçması, burada yüksəkçinli məmurların ona And dağlarının cənubunda ferma verməsi barədə informasiyalar yer alıb. Qurum rəhbərliyi sözügedən informasiyanı natamam hesab edib və nasist liderini Cənubi Amerika ölkəsində axtarmamağa qərar verib.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU