23 apr 15:49dunya

Şri Lanka terrorunu İŞİD törədib

Şri Lanka terrorunu İŞİD törədibŞri Lankada ölənlərin sayı 310 nəfərə çatıb.

Bu məlumatı Şri Lankanın Səhiyyə Nazirliyi yayıb. Teraktlarda xəsarət alanların sayı isə 480 nəfər təşkil edib.

“News 1st” televiziyası teraktları törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayının 40 nəfərə çatdığını bildirib.

Qeyd edək ki, bazar günü Şri Lankada 8 terakt baş verib. Teraktlar ölkənin 4 şəhərində baş tutub. Terrorçular əsas hədəf kimi kilsə və otelləri seçiblər.

***

Teraktla bağlı məsuliyyəti İŞİD üzərinə götürüb.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU