18 apr 19:13dunya

ABŞ Qarabağa nəzarəti artırır? - Bakıya silah satışı qadağası...

ABŞ Qarabağa nəzarəti artırır? - Bakıya silah satışı qadağası...ABŞ Prezidenti Donald Trampın Yəmən münaqişəsində Səudiyyə Ərəbistanına dəstəyi məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsinə veto qoymasının bir sıra səbəbləri var.

Bu barədə Axar.az-a rusiyalı siyasi şərhçi Denis Korkodinov danışıb.

Korkodinovun sözlərinə görə, Ər-Riyada iranyönlü qruplar və Sənadakı husilərlə mübarizədə dəstək verməklə Ağ Ev administrasiyası Tehrana təzyiq göstərməyə çalışır. Belə ki, Tehrana təzyiq ABŞ prezidentinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

“Digər tərəfdən son bir ayda ABŞ Konqresinin qanunverici təşəbbüslərinə ikinci dəfə veto qoyulması Prezident Administrasiyası ilə parlament arasındakı aşkar daxili-siyasi konfliktdən xəbər verir. Qeyd edək ki, Vaşinqtonun Yəmən ərazisində hərbi münaqişəyə qoşulması qaydalarına dair qətnamə dünyanın ən böyük humanitar böhranını sona çatdırmaq üçün ikipartiyalı cəhddir”, - Korkodinov bildirib.

Ekspert qeyd edib ki, qanun layihəsi Demokrat Partiyası və aralarında senator Rand Pol, həmçinin konqresmenlər Mark Medous və Ro Hannanın böyük rol oynadığı Donald Trampın Konqresdəki bir sıra müttəfiqləri tərəfindən dəstəklənib.

“Bu baxımdan ABŞ prezidentinin veto qoyması – Donald Trampın onların parlamentdəki işindən narazılığının nümayişidir. Bütün bunlar ABŞ liderinin ünvanına yeni tənqid dalğasının yaranmasına və onun potensial impiçmentinə dair söhbətlərin yenidən aktuallıq qazanmasına səbəb ola bilər”, - Korkodinov söyləyib.

Bu arada, bu cür veto tətbiqi regional müharibələrin sərbəst buraxılmasında qərarlı olan Donald Trampın hərbi səlahiyyətlərini daha da gücləndirir. Siyasi analitikin sözlərinə görə, bu baxımdan Səudiyyə Ərəbistanına Amerika silahlarının tədarükünə qadağanın aradan qaldırılması digər ölkələrə qarşı əvvəlcədən tətbiq edilən məhdudiyyətlər barəsində oxşar tədbirlərin qəbuluna səbəb ola bilər.

“Bu həmçinin bizə 907-ci düzəliş kimi məlum olan Azadlığa dəstək aktına da aiddir. Bu akt Azərbaycanın ABŞ-dan mümkün silah tədarükünü qadağan edib. Bu, ABŞ-ın Dağlıq Qarabağ da daxil olmaqla, demək olar ki, bütün əsas silahlı münaqişələrə nəzarət etməyə çalışdığını göstərir”, - ekspert qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif etdiyi məlum olub.
loading...
XƏBƏR LENTİ
SORĞU