18 apr 11:29dunya

ABŞ Rusiya ilə məxfi danışıqlara başlayıb - Politoloq

ABŞ Rusiya ilə məxfi danışıqlara başlayıb - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

ABŞ Rusiya arasında əlaqələrin normallaşması üçün məxfi danışıqlara başlayıb. ABŞ çalışır ki, Moskvanı öz təkliflərinə razı salsın. Amma, Moskva buna getmir. Təbii ki, hər iki ölkəninn siyasi böhranın normallaşması istiqamətində intensiv məsləhətləşmələri əsasən, Trampa qarşı Rusiya ilə şübhəli əlaqələrə görə araşdırma yekunlaşandan sonra strat verildi. Trampa qalarsa, Krımı Rusiya ərazisi kimi tanıyar və sanksiyaları ortadan qaldırar. Ona görə də Moskva Trampa reveranslar etməyə başlayıb.

Trampın Rusiya ilə əlaqələrə üstünlük verirdiyini Moskvada aydın şəkildə bilirlər. Məhz xüsusi prokuror Müllerin prosesə son verməsindən sonra Kremlin hərəkətə keçərək İsrail baş naziri Binyamin Netanyahu vasitəsi ilə Trampla əlaqələrin bərpasına çalışır.
B.Netanyahunun Trampla şəxsi əlaqələrinin yüksək olduğunu və Moskvaya tez-tez səfər etdiyini nəzərə alsaq, bu istiqamətdə danışıqların olması şübhəsizdir. Bunun əvəzində Netanyahu Suriyada İranın mövqeyinin zəifləməsi istiqamətində Moskva ilə anlaşa bilməsi mümkündü.

ABŞ-la gərginlik Rusiyanın iqtisadiyyatına mənfi təsir edir və Moskva növbəti sanksiyaları önləmək üçün Trampla dil tapmağa çalışır. İki ölkənin rəsmilərinin prədəarxası danışıqları, Trampın öz adamını məxfi şəkildə Moskavaya göndərməsi, Tramp Putin zirvəsinin keçirilməsinə hazırlıq mərhələsidi.

Qeyd edim ki, iki liderin il ərzində görüşü reallaşa bilər. Trampın buna gedəcəyi, Putinin də belə bir görüş üçün tələsir. Çünki, probelmlər getdikcə dərinləşir, NATO Qara dənizdə öz hərbi kontingentini artırır. Böhrandan çıxış yolları Moskvada axtarılır. Qeyd edim ki, iki lider görüşərsə Ukraynada vəziyyət, NATO-nun Şərqi Avropada güclənməsi, Yaxın Şərqdə siyasi-hərbi gərginlik müzakirə olunacaq. Əsas danışıqların müzakirə predmeti silahlanma yarışına son verilməsi üçün yeni müqavilələrin imzalanması müzakirə olunacaq. Həmçinin strateji hücum silahlarına nəzarət və s. bu kimi müqavilələrin bağlanması ustoqamətində danışıqlar ola bilər. Amma, Rusiya Krımdan çıxmayınca, Kongrens Rusiyaya heç bir güzəşt etməyəcək. Rusiya rəhbərliyi Ağ Evlə ortaq məxrəcə gələ bilər. Amma, ABŞ, Rusiya kimi təkcə Kremldən idarə olunmur. Ağ Evin hesablaşdığı Kongrens, Petaqon, Dövlət Departamenti və CİA Rusiyaya qarşı mövcud siyasətin davamı və daha da sankiyaların genişlənməsini çalışır. Tramp yenin bu qurumların iradısinə zidd addım atsa növbəti seçkilərdə şansını itirəcək

İki ölkənin Cənubi Qafqazda da maraqları toqquşur. Bu toqquşma region ölkəsi olaraq ölkəmizin starteji siyasətində seçim imkanlarını çətinləşir. Qeyd edim ki, dünya siyasətinə təsir edən iki ölkənin siyasi toqquşması yeni müharibələr yol açacaq.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU