17 apr 12:24dunya

YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışma

YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışmaTerroristlər cəbhə xətlərindən ASO-nun nəzarət etdiyi sahələrə girməyə çalışıb

Terror qruplaşması olan YPG/PKK ilə Azad Suriya Ordusu arasında atışma baş verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın şimalındakı müxaliflərin nəzarətində olan Mare ilçəsinin cənubunda yerləşən Harbil və Azez bölgəsində PKK-lı terroristlər cəbhə xətlərindən ASO-nun nəzarət etdiyi sahələrə girməyə çalışıb.

ASO-nun qarşılıq verməsi nəticəsində atışma başlanıb və dünən gecə ərzində fasilələrlə davam edib.

Qeyd edək ki, YPG/PKK 3 ildən çoxdur ki, işğal etdiyi Tel Rıfatdan Azez, Bab, Serablus, Mare və Afrin ilçələrinə fasilələrlə hücum edir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev